"Qalatasaray" qərarını verdi
"Qalatasaray" klubu Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə matçda Burak Yılmazın sayılmayan qolu üçün UEFA-ya etiraz etməyəcək.

İstanbul təmsilçisinin Hüquq Komitəsi bununla bağlı toplantı keçirib.

UEFA qaydalarına görə bir klubun matç bitdikdən sonra 24 saat ərzində etiraz etmək hüququ var. Ancaq "Qalatasaray"ın bugünkü toplantısından sonra Burakın qolu ilə bağlı UEFA-ya etiraz edilməməsinə qərar verilib.

Qeyd edək ki, görüşün 42-ci dəqiqəsində Çelsi”nin müdafiəçisi Con Terri əlindəki topu çölə yox, meydana atıb. Həmin vaxt yan xəttdən oyuna daha bir top daxil edilib və “Qalatasaray”ın hücumçusu Burak Yılmaz həmin topla rəqib qapısına dəqiq zərbə endirib. Lakin meydanda iki top olduğundan bu qol qeydə alınmamışdı.

Xəbər 805 dəfə oxundu.