"Qəbələ" "Simurq" la 25-ci matçına çıxacaq
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində keçiriləcək Topaz Premyer Liqasının XXIV turunda “Qəbələ” “Simurq”la qarşılaşacaq.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, öz aralarında yubiley – 25-ci matça çıxacaq rəqiblər indiyədək I dəstə, Premyer Liqa və kubok yarışlarında qüvvələrini sınayıb. Keçirilən 24 matçda “qırmızı-qaralar” daha çox qələbə qazanıb. Hesabında 10 qələbə və 6 heç-heçəsi olan Qəbələ təmsilçisi 8 qarşılaşmadan məğlub ayrılıb. Qələbə sayındakı üstünlük top fərqində də əksini tapıb – 27:21.

Aşağı dəstədəki hər iki matçda qələbə qazanan (2:0, 3:1) “qırmızı-qaralar” kubokda səfər qolu hesabına üstünlük əldə edib – 1:0, 1:2. Premyer Liqadakı 20 görüşdə isə komandalar eyni sayda qələbə əldə edib. Burada hərəyə 7 qələbəsi olan rəqiblər 6 dəfə bərabərliklə kifayətlənib. “Qəbələ”nin 20 qoluna “Simurq” 18 topla cavab verib.

“Simurq”un meydanındakı oyunlarda isə ev sahibləri üstündür. 12 oyunda 5 qələbə qazanıb 4 heç-heçə edən Zaqatala təmsilçisi 3 dəfə uduzub. Meydan sahiblərinin 13 qol vurduğu görüşlərdə qonaqlar 10 dəfə fərqlənib.

“Simurq”un qapısına vurulan 27 qola 23 oyunçu imza atıb. Yalnız “Qəbələ”nin heyətində dubla imza atanlar Deon Bartonla Daniel Subotiç, həmçinin Kristian Torres hərəyə 2 dəfə fərqlənib. Əvvəlki 24 qarşılaşmada hər komanda 1 dəfə öz qapısına qol vurub.

Xəbər 953 dəfə oxundu.