“Synergy Baku”nun üzvü dünya çempionudur
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”ya daha bir şad xəbər Kolumbiyadan gəlib. İdman.com.az saytı xəbər verir ki, ötən gün bu ölkənin Kali şəhərində start götürən trek yarışları üzrə dünya çempionatında komandamızın avstraliyalı üzvü Lük Deyvison öz ölkəsinin yığmasının heyətində 4000 metr məsafəyə komanda izləmə yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) mövcud qanunları idmançılara həm şosse, həm də trek yarışlarında iştirak etməyə imkan verir. Bu da “Synergy Baku”da şosse növündə çıxış edən Lük Deyvisona öz millisi ilə Kolumbiyaya - trek üzrə dünya çempionatına yollanaraq qızıl medal qazanmağa şərait yaradıb.

Həmkarlarını dünya çempionluğu münasibətilə təbrik edən “Synergy Baku” üzvləri bu nailiyyətin onlara əlavə ruh yüksəkliyi verdiyini bildiriblər.

Xəbər 1029 dəfə oxundu.