"Bavariya"lı futbolçudan "Qalatasaray"a dəstək
"Bavariya"nın futbolçusu David Alaba Çempionlar Liqasının 1/8 finalında dünən baş tutan "Qalatasaray" - "Çelsi" matçını "Cim Bom"lu azarkeşlərlə birgə izləyib.

İstanbul klubunun azarkeşi olan 21 yaşlı müdafiəçi Münhendə "Qalatasaray"lı fanatlarla görüşüb və "Cim Bom"u dəstəkləyib.

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" matçı 1:1 hesabı ilə başa çatıb.

Xəbər 832 dəfə oxundu.