Demba Ba: "Mourinyo ilə heç bir problemim yoxdur"
"Çelsi" klubunun hücumçusu Demba Ba baş məşqçisi Joze Mourinyo ilə münasibətləri haqda danışıb.

28 yaşlı futbolçu "TeamTalk"a açıqlamasında Mourinyo ilə aralarında heç bir problemin olmadığını bildirib:

"Başa düşmürəm ki, jurnalistləri nə maraqlandırır? Komandada hər şey yaxşıdır. Futbolçularla və baş məşqçi Mourinyo ilə əla münasibətlərim var. Yəni, Mourinyo ilə aramızda heç bir problem yoxdur".

Xəbər 843 dəfə oxundu.