SMEF Türkiyədə Xocalı faciəsinə anım tədbiri keçirib
Türkiyədə keçiriləcək dünya kuboku və “Antalya O-Days” turnirinə qatılan Azərbaycan yığma komandası, qonşu ölkədə Xocalı faciəsini unutmayıb. İdman.com.az saytı xəbər verir ki, Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Mirəli Kazımovun başçılığı ilə yarış mərkəzi olan “Grand Haber Hotel”də qətliyamın 22-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunub.

Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra toptantını giriş sözü ilə açan Mirəli Kazımov, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan olduğunu və bunun XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdən sayıldığını bildirib.

Eləcə də çıxış edən Federasiya şurasının üzvü Xəyyam Məmmədov
Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb.

Tədbirdən sonra Xocalı faciəsi barəsində məlumat verən kitablar, disklər və məlumat bukletləri Dünya Kubokuna qatılan xarici idmançılara və federasiya rəsmilərinə təqdim edilmişdir.

Xəbər 2104 dəfə oxundu.