Ançelotti: “Beyl bu mövsüm ən yaxşı oyununu keçirdi"
"Komanda şəklində əla oyun nümayiş etdirdik. Hər şeydən razı qaldım. Hücum xəttimiz çox təhlükəlidir".

Bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında "Şalke"yə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis ötən yay 100 milyon avroya transfer etdikləri Qaret Beylin çıxışını da dəyərləndirib:

"Beyl bu mövsüm ən yaxşı oyununu keçirdi. Artıq özünə daha çox inanır və necə bir futbolçu olduğunu sübut edir".

Qeyd edək ki, sözügedən görüşdə Beyl iki qol vurub.

Xəbər 1056 dəfə oxundu.