Qadın güləşçilərimiz İsveçdə keçiriləcək açıq beynəlxalq turnirdə iştirak edəcəklər
Martın 1-2-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcəkdir.

Qadın güləşi üzrə Azərbaycan yığma komandasının 4 üzvü bu turnirdə iştirak edəcəkdir.

Kiyevdə Ukrayna yığma komandası ilə təlim-məşq toplanışını tamamlayan güləşçilərimiz fevralın 27-də İsveçə yola düşəcəklər.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə Azərbaycanı Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcəklər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edəcəkdir.

Xəbər 833 dəfə oxundu.