Viktor Valdesə İngiltərə klubundan rəsmi təklif
Ötən yaydan adı "Monako" ilə hallanan "Barselona"nın futbolçusu Viktor Valdesə daha bir klubdan rəsmi təklif gəlib.

Mövsümün sonu Kataloniya klubundan ayrılacaq təcrübəli qolkiperi "Liverpul" transfer etmək istəyir.

32 yaşlı qapıçıya rəsmi təklif göndərən Premyer liqa təmsilçisi ondan cavab gözləyir.

Qeyd edək ki, mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq V.Valdes 2002-ci ildən "Barselona"da çıxış edir.

Xəbər 827 dəfə oxundu.