Bakının “Rabitə” komandası daha üç kubalı voleybolçunu heyətinə cəlb edib
Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının “Dördlər finalı”nda Azərbaycanı təmsil edəcək “Rabitə” heyətini gücləndirməkdə davam edir.

Son illərin dəyişməz ölkə çempionu və hazırda Super Liqanın lideri kubalı Rozanna Giel Ramosun ardından bu ölkədən daha üç voleybolçunun keçidini rəsmiləşdirmişdir. Bunlar Yoana Palasio Mendoza, Salas Vilma Rosell və Xiselye da Silva Frankodur. Komanda hər 3 perspektivli oyunçu ilə beşillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da Bakıda keçiriləcəkdir. Yarışda “Rabitə” ilə yanaşı Rusiyanın “Dinamo” (Kazan), Türkiyənin “Vakıfbank” və “Eczaçıbaşı” komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Xəbər 1140 dəfə oxundu.