Qadın güləşçilərimiz İsveçdə yarışacaq
1-2 mart 2014-cü il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək. Qadın güləşi üzrə yığma komandamızın 4 üzvü turnirdə iştirak edəcək.

Kiyevdə Ukrayna yığma komandası ilə təlim-məşq toplanışını bu gün tamamlayacaq güləşçilərimiz sabah İsveçə yola düşəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edəcək.

Xəbər 880 dəfə oxundu.