Mançini İngiltərəyə qayıtmaq istəyir
"Qalatarasaray"ın baş məşqçisi Roberto Mançini mövsümün sonunda İstanbul klubundan ayrılmaq istəyir.

Bu barədə Britaniyanın "Daily mail" qəzeti məlumat yayıb.

Bildirilib ki, italiyalı çalışdırıcı yeni mövsümdən Premyer liqaya qayıtmağı planlaşdırır. Mançinin "Tottenhem" və ya "Nyukasl"ı çalışdıra biləcəyi yazılıb.

Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə "Mançester Siti"də baş məşqçilik edib.

Xəbər 801 dəfə oxundu.