Smedley Williams komandası ilə razılIğa gəldi
Ferrari komandasından Felipe Massanın yarış mühəndisi olan Rob Smedley Williams komandası ilə razılığa gəlib.

İdman.com.az saytının məlumatına görə, aprel ayından etibarən Williams komandası ilə işə başlayacaq olan Rob Smedley yeni komandasında nəqliyyat vasitəsi performans başçısı vəzifəsində çalışacaq.

Williams komandasının texniki direktoru olan Pat Symonds: "Williams komandası böyük dəyişiklik keçirməkdədir. Üst səviyyənin uğuru üçün bu dəyişikliyi reallaşdırdıq. Smedley, Felipe Massanın yarış mühəndisi Andrew Murdoch və Valtteri Bottasın yarış mühəndisi Jonathan Eddollsi dəstəkləyəcək ".-bildirib.


Xəbər 657 dəfə oxundu.