David Moyes: "Çox pis oynadıq"
"Mançester Yunayted"in baş məşqçisi David Moyes ÇL-ın 1/8 final mərhələsində "Olimpiakos"a qarşı keçirdikləri oyun haqda fikirlərini bildirib.

0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edən çalışıdırıcı komandasının çox pis təsir bağışladığını, cavab oyununa böyük ümid bəslədiyini deyib:

"Həqiqətən çox pis oynadıq. Heç bir performansla yadda qaladıq. "Old Trafford" əvvəllər daha böyük qələbələrə ev sahibliyi edib. Ümid edirəm ki, bu dəfə də belə olacaq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 19-da keçiriləcək.

Xəbər 758 dəfə oxundu.