Van Persi komanda yoldaşlarını tənqid etdi
"Mançester Yunayted"in hücumçusu Robin van Persi Çempionlar Liqasının 1/8 finalında "Olimpiakos"la oyundan (0:2) sonra açıqlama verib.

Hollandiyalı hücumçu komanda yoldaşlarını tənqid edib.

O bildirib ki, komanda yoldaşları özünün oynadığı mövqeni doldururdular: "Komanda yoldaşlarım oynamaq istədiyim mövqeləri işğal edirdilər. Bu isə mənə çətinlik yaradırdı. Mən də onların etdiklərinə uyğun hərəkət etmək məcburiyyətində qalırdım. Bu, çox pis oldu".

Xəbər 776 dəfə oxundu.