"Qalatasaray" - "Çelsi" oyunöncəsi dava düşdü
Çempionlar Liqasının 1/8 finalında bu gün keçiriləcək "Qalatasaray" - "Çelsi" oyunöncəsi iki komandanın azarkeşləri arasında dava düşüb.

"Taksim" meydanında baş verən hadisədə iki London klubunun azarkeşinin bıçaqlandığı iddia edilib.

Ancaq Təhlükəsizlik Nazirliyindən verilən açıqlamada bıçaqlanma hadisəsinin olmadığı bildirilib.

Qeyd edək ki, davanın səbəbi hələlik bəlli deyil.

Xəbər 900 dəfə oxundu.