Azərbaycanın U-17 komandası Antalyada yoldaşlıq görüşü keçirib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirmişdir.

Yığmamız İsveçrənin “Vaud” klubunun əvəzedici komandası ilə qarşılaşmışdır.
Görüş 2:1 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatmışdır. Yığmamızın heyətində Xəyal Əmirli fərqlənmişdir.
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar oyundan əvvəl bir dəqiqəlik sükut elan olunmuş və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxmışlar.

Xəbər 768 dəfə oxundu.