"Olimpiakos" "Mançester Yunayted"ə bir ilki yaşatdı
İngiltərənin "Mançester Yunayted" klubu tarixində bir ilk yaşayıb.

Premyer Liqa təmsilçi dünən Çempionlar Liqasının 1/8 finalında "Olimpiakos"a 0:2 hesabı ilə məğlub olub.

Bununla da "Mançester Yunayted" tarixində ilk dəfə olaraq bir yunan klubuna uduzub.

Qeyd edək ki, bundan əvvəl "MY" Yunanıstan təmsilçiləri ilə 10 dəfə qarşılaşmış bu matçların 8-də qalib gəlmiş, 2-də isə bərabərə qalmışdı.

Xəbər 746 dəfə oxundu.