"Borussiya" qalib gəldi, "Mançester Yunayted" uduzdu
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Bu gün daha iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşması Rusiyada keçirilib. Burada yerli "Zenit" "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatb.

Qrup səddini aşan Yunanıstanın "Olimpiakos" klubu isə doğma meydanda "Mançester Yunayted"i sınağa çəkib. Meydan sahibləri rəqibini iki cavabsız qolla məğlub edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına bu axşam keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

25 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları


21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
Qollar: Mixtaryan, 4 (0:1), Roys, 5 (0:2), Şatov, 58 (1:2), Levandovski, 61 (1:3), Halk, 69-pen (2:3), Levandovski, 71 (2:4)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qollar: Dominges, 38 (1:0), Kembel, 55 (2:0)

26 fevral

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)

23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

Xəbər 858 dəfə oxundu.