Mourinyo: "Droqba ilə qarşılaşmaq mənim üçün çətindir"
"Bütün oyunlar kimi "Qalatasaray"la qarşılaşmanı da səbirsizliklə gözləyirəm. Rəqibimiz Türkiyə çempiondur. Droqba ilə qarşılaşmaq isə mənim üçün çətindir".

Bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ÇL-ın 1/8 finalında "Qalatasaray"la oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Portuqaliyalı çalışdırıcı sabiq futbolçusu Didye Droqba ilə yenidən qarşılaşacağı üçün həyacanlı olduğunu deyib: "Ancaq bunu qəbul etməliyik. Mən öz işimi görməliyəm, o da qol vurmağa çalışmaldır. Droqbanı görmək xüsusi bir duyğudur. Ancaq oyun zamanı bunu unutmalıyıq".

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" oyunu bu gün saat 23:45-də başlayacaq.

Xəbər 831 dəfə oxundu.