Ançelotti: "Ronaldo tam hazırdır"
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti ÇL-ın 1/8 final mərhələsində "Şalke" ilə qarşılaşacaqları oyunöncəsi açıqlama verib.

İtaliyalı mütəxəssis ilk olaraq Kriştiano Ronaldonun durumu haqda məlumat verib:

"Ronaldo oyuna çox yaxşı hazırlaşıb. Fiziki cəhətdən tam hazırdır".

O, rəqib haqda da danışıb, "Şalke"nin güclü komanda olduğunu deyib: "Rəqibin Meyer, Draxler kimi gənc, Boatenq və Huntelar kimi təcrübəli ulduz futbolçuları var. Buna görə də bizi asan oyun gözləmir".

Qeyd edək ki, Ançelotti ÇL-ın 2005/2006-cı il mövsümündə "Milan"da çalışarkən "Şalke"ni mübarizədən kənarlaşdırmağı bacarıb.

Xəbər 1102 dəfə oxundu.