XIV Spartakiadanın açılış mərasimi olacaq

Bu gün Milli Aviasiya Akademiyasının bazasında «Zenit» İdman Cəmiyyətinin Respublika Şurasının təşkilatçılığı ilə fəhlə və qulluqçuların bədən tərbiyəsi kollektivləri arasında Dövlət Müstəqillik Gününə həsr olunmuş XIV Spartakiada yarışlarının final mərhələsinin açılış mərasimi olacaq. idman.com.az saytı xəbər verir ki, 10 idman növü üzrə keçirilən spartakiadada Azərbaycan Müdafiə Sənaye Nazirliyinin, Metal İşçiləri Federasiyası, Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri, Aviasiya İşçiləri, Elektroenergetika və Elektrotexnika İşçiləri, Qaz Təchizatı İşçiləri, Baku Stil Compani Respublika həmkarlar komitələrinin və Metropoliten İşçiləri Həmkarlar İttifaqları Birliyinin komandaları mübarizə aparırlar.
Final mərhələsinin yarışları oktyabrın 11-də start götürüb və noyabrın 23-nə qədər davam edicək.

Xəbər 2839 dəfə oxundu.