Gənclər və idman naziri Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.

40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.

20-ə yaxın müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adlarin verilməsi və digər mövzularla bağlı olub.

20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.

Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülmüşdür.

Xəbər 1700 dəfə oxundu.