Şəkidə “Coca-Cola” futbol turnirinin I mərhələsi başa çatıb
AFFA, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin dəstəyi ilə, kiçik yaşlı uşaqlar arasında futbol üzrə “Coca-Cola” məktəbli kuboku yarışı keçirilib.

Yarışda respublikanın orta məktəblərinin V və VII sinifləri arasında, I mərhələdə Şəkinin 60-a yaxın komandası iştirak edib.

Fevralın 21-də Şəki Olimpiya Kompleksində Şorsu kənd və 3 saylı tam orta məktəbin komandaları arasında turnirin I mərhələsinin final yarışları keçirilib.

Yekun nəticələrə görə Şorsu kənd tam orta məktəbin komandası qalib gələrək II mərhələyə, turnirin zona turuna vəsiqə qazanıb.

Sonda qaliblərə AFFA-nın hədiyyələri təqdim edilib.

Xəbər 947 dəfə oxundu.