Maradona Viktor Moraleslə birlikdə analitik proqram aparacaq
Argentina yığmasının keçmiş baş məşqçisi Dieqo jurnalist Viktor Moraleslə birlikdə analitik proqram aparacaq.

"Biz Dieqo ilə birlikdə analitik proqram aparacağıq. Proqram özündə futbolla siyasəti birləşdirir. Maradona ilə birlikdə futbolu şərh edəcəyimi öyrəndikdə özümü çox xoşbəxt hiss etdim".— deyə Morales Buenos Aires Herald-a müsahibəsində bildirib.

Qeyd edək ki, həmin veriliş Latın Amerikasının Telesur televiziyasında yayımlanacaq. Dieqo Maradonanın isə həmin telekanalda dünya çempionatının oyunlarını şərh edəcəyi gözlənilir.

Xəbər 988 dəfə oxundu.