Lerikdə şahmat yarışı keçirilib
21-22 fevral tarixlərində Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 5 Mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə veteranlar arasında şahmat yarışı keçirilib.

Şahmat-dama klubunda 29 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, şahmat idman növünün inkişafı və qaliblərin aşkar edilməsi olub.

Sonda qaliblər aşkar olunub və mükafatlandırılıblar.

Xəbər 1082 dəfə oxundu.