Məşqçimiz Bolqarıstan – Belarus yoldaşlıq oyununu izləyəcək
Martın 5-də Sofiyadakı Vasil Levski adına stadionda futbol üzrə Bolqarıstan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcəkdir.

Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslan Kərimov qarşılaşmanı izləyəcəkdir.
Bolqarıstan yığması millimizlə birgə “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda mübarizə aparacaqdır.

Xəbər 818 dəfə oxundu.