Fatih Terim: "Qalatasaray"a inanıram"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim Çempionlar Liqasının 1/8 finalında sabah başa tutacaq "Qalatasaray" - "Çelsi" matçını dəyərləndirib.

Təcrübəli mütəxəssis deyib ki, keçmiş klubu "Çelsi" səddini aşa bilər:

"Qalatasaray"a inanıram. Düzdür, rəqib çox güclüdür. Artıq onları Mourinyo çalışdırır. Ancaq ötən mövsüm "Real"la oyunu xatırlamalıyıq. O zaman onları öz evimizdə məğlub edə bilmişdik. Qəlbim "Qalatasaray"ladır. İnşallah növbəti tura keçib hamını sevindirərlər".

Xəbər 862 dəfə oxundu.