Aleksandar Şoliç “Bakı” komandasının Premyer Liqada 600-cü qolunu vurub
Futbol üzrə Topaz Premyer Liqasının 23-cü turunda vurulan qol “Bakı” komandası üçün əlamətdar olub.

“İnter” komandası ilə qarşılaşmada hesabı açan Aleksandar Şoliç klub tarixinə düşmüşdür. Xorvatiyalı legioner paytaxt təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurmuşdur.
Ölkə çempionatında “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı” və “Bakı” adları altında keçirdiyi 472 qarşılaşmada komanda 600 qol vurmuş və 443-nü buraxmışdır. Bakılılar 340 dəfə öz meydanında, 260 dəfə səfərdə qol sevinci yaşamışlar.
Yalnız 4 klub “Bakı”dan çox qol vurmuşdur. “Neftçi” 1124, “Qarabağ” 875, “Kəpəz” 849, “Turan” isə 723 dəfə fərqlənmişlər.

Xəbər 980 dəfə oxundu.