Dünya kuboku Xorvatiyada
Bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının kuboku bu dəfə Xorvatiyada nümayiş olunub.

"Modern sənədlər" muzeyində sərgilənən kuboka maraq böyük olub. 2 gün ərzində ona 100 mindən çox insan baxmağa gedib.

Qeyd edək ki, dünya çempionatının kuboku sabah Türkiyəyə aparılacaq.

Əlavə edək ki, bu kubok ümumilikdə 89 ölkədə sərgilənəcək.

Xəbər 904 dəfə oxundu.