Toni Kroos "Mançester Yunayted"in hədəfində
"Mançester Yunayted" klubu "Bavariya"nın futbolçusu Toni Kroosu transfer etməkdə israrlıdır.

"Qırmızı şeytanlar" yarımmüdafiəçini yüksək məbləğdə təklif göndərməyi planlaşdırır.

Əgər o Mançester təmsilçisində oynamağa razılıq verərsə, həftəlik 250 min funt-sterlinq qazanacaq. "Bavariya"nın futbolçunu satmağa niyyəti olmasa da, "Mançester Yunayted"in göndərəcəyi 30 min funtluq təklifi dəyərləndirəcəyi bildirilir.

Xəbər 864 dəfə oxundu.