Çezare Prandelli "Tottenhem"i çalışdıra bilər
İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Braziliyadakı dünya çempionatından sonra İngiltərənin "Tottenhem" klubunu çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Sky Sports"a danışan təcrübəli mütəxəssis bunu "fantastika" adlandırıb:

"Yeni mövsümdən "Tottenhem"i çalışdıracam? Bu fantastikadır. Hələ gələcək karyeram haqda danışmaq tezdir. İspaniya ilə yoldaşlıq oyunundan sonra İtaliya Futbol Federasiyasının prezidenti Cankaro Abate ilə görüşəcəyəm".

Xəbər 867 dəfə oxundu.