Balotellidən növbəti qalmaqal
"Milan"ın hücumçusu Mario Balotelli yenidən etdiyi hərəkətlə gündəmə düşüb.

Zədəli olduğu üçün "Sampdoriya" ilə matçda iştirak etməyən italiyalı hücumçu qardaşının futbol oyununu izləməyə gedib.

Sonradan nişanlısı ilə restoranda yemək yeyən futbolçunun şəklini jurnalist çəkmək istəyib. Ancaq o, buna razılıq verməyib.

Balotelli restorandan çıxan zaman həmin şəxs yenə onun şəklini çəkməyə başlayıb. Bu zaman isə Balotelli jurnalistə təpik vurub.

Qeyd edək ki, zərərçəkənin Balotellini məhkəməyə verəcəyi iddia edilir.

Xəbər 850 dəfə oxundu.