"Qalatasaray"dan Musleraya yeni təklif
"Qalatasaray" klubunun qapıçısı Fernando Muslera ilə müqavilənin yenilənməsi üçün danışıqlar davam edir.

İlk təklifi uruqvaylı qolkiper tərəfindən qəbul edilməyən "Cim Bom" Muslera ilə yeni sözləşmə imzalamağa hazırlaşır.

Rəhbərlik onunla 2016-cı ildə bitəcək müqaviləni daha iki il uzatmaq istəyir. Muslare yeni təklifi qəbul edərsə, illik 2.5 milyon, hər oyuna üçün isə 10 min avro qazanacaq.

Xəbər 851 dəfə oxundu.