"Arsenal"dan "Real"a 36 milyon avro
"Arsenal" klubunun mövsümün sonunda transfer etmək istədiyi daha bir ulduz futbolçunun adına aydınlıq gəlib.

London klubu Madrid "Real"ının gənc futbolçusu İskonun xidmətində maraqlıdır.

"Arsenal" klubu 21 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 36 milyon avro təklif edib. "Real"ın əsas heyətindən kənarda qalan İskonun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, bu mövsüm 19 oyunda forma geyinən İsko 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 780 dəfə oxundu.