Yığmamız Türkiyə komandasına qalib gəlib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirmişdir.

Türkiyənin U-19 yığması ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanmışdır.
Türkiyə yığmasının üzvü Berna Yenigerinin öz qapısından keçirdiyi top oyunda yeganə qol olmuşdur.

Xəbər 753 dəfə oxundu.