İngiltərə Premyer Liqası: "Liverpul" 4 qolla qalib gəldi
İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına yekun vurulub.

Son oyun günündə 3 qarşılaşma baş tutub.

"Liverpul" öz meydanında "Suonsi"ni qəbul edib. Gərgin keçən qarşılaşmada qapılara 7 qol vurulub - 4:3.

"Aston Villa" səfərdə "Nyukasl"ın qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Norviç" isə doğma meydanda "Tottenhem"i üstələyib - 1:0.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Çelsi" başçılıq edir.


23 fevral

İngiltərə Premyer Liqası, 27-ci tur

"Liverpul" - "Suonsi" - 4:3
Qollar: Staric, 3 (1:0), Henderson, 20 (2:0), Şelvi, 23 (2:1), Boni, 27 (2:2), Staric, 36 (3:2), Boni, 48 (3:3), Henderson, 74 (4:3)

"Nyukasl" - "Aston Villa" - 1:0
Qol: Remi, 90 (1:0)

"Norviç" - "Tottenhem" - 1:0
Qol: Snodqrass, 47 (1:0)

22 fevral

"Çelsi" - "Everton" - 1:0
Qol: Lempard, 90+4 (1:0)

"Vest Hem" - "Sauthempton" - 3:1
Qollar: Yoşida, 8 (0:1), Jarvis, 20 (1:1), Koul, 23 (2:1), Nolan, 71 (3:1)

"Vest Bromviç" - "Fulhem" - 1:1
Qollar: Deyagah, 28 (0:1), Vudra, 86 (1:1)

"Mançester Siti" - "Stok Siti" - 1:0
Qol: Y.Ture, 70 (1:0)

"Kardif Siti" - "Hall Siti" - 0:4
Qollar: Hadleston, 18 (0:1), Yelaviç, 38 (0:2), 57 (0:3), Livermor, 67 (0:4)

"Arsenal" - "Sanderlend" - 4:1
Qollar: Jiru, 5 (1:0), 31 (2:0), Rosiçki, 42 (3:0), Koselni, 57 (4:0), Giaçerini,81 (4:1)

"Kristal Palas" - "Mançester Yunayted" - 0:2
Qollar: Van Persi, 62-pen (0:1), Runi, 69 (0:2)

Xəbər 899 dəfə oxundu.