Soçi olimpiadası başa çatdı
Fevralın 8-də təntənəli açılış mərasimi ilə başlamış 22-ci Qış Olimpiya Oyunları Rusiyanın Soçi şəhərində başa çatdı. İdman.com.az saytı xəbər verir ki, hələ yarışın əvvəlində medalları sıralamasında favoritlər bir qədər kölgədə qalsalar da, olimpiada ekvator xəttinə yaxıqlışdıqca qış idman növlərinin liderləri önə çıxmağa başladılar. Ənənə üzrə lider ölkələrin hər biri güclü olduğu növlərdə fərqlənməyə başlasalar da, yarışların yekununda Rusiya tarixində ilk dəfə ən yüksək nəticəyə nail olaraq, yekun hesablamalarda da birinciliyə sahib çıxdı. Bu nəticə ilə onlar hətta Sovet dövrünün də nailiyyətlərini yenilədilər. Onlara doğma divarlar da kömək oldu.

Şort trek və snoubord kimi yarışlarda ruslar heç vaxt favorit olmasalar da, dəvət edilmiş əcnəbilərin sayəsində ölkədə bu sahələrdə də nailiyyət əldə olunduğu göz önündədir. Çünki həmin növlərdə yerli idmançılar da yetişməyə başlayıb. Bu olimpiadada almanlar əvvəlcə önə çıxsalar da, bir sıra növlərdə yaşanan nəsil dəyişikliyinə görə, yekunda hətta ilk üçlükdən kənar qaldılar.

Bu dəfə hollandların da medal sıralamasında konkisürmədəki ənənəvi üstünlüyü ilə medal sayında öz tarixini nəticəsini yeniləməsini qeyd etmək olar. Ümumən, 26 ölkənin medal qazanması 4 il əvvəlin Vankuver Oyunlarında qeydə alınmış nəticənin təkrarlanmasıdır. Medal qazananlar da cəmi bir fərqlə həmin ölkələrdir – bu dəfə estonlar medal qazanmadılar, onları bu sıralamada ukraynalılar əvəzlədilər.

Bu olimpiada bir əlavə medalın təqdim edilməsi ilə yadda qalacaq. Bundan başqa bir gümüş medal artıq qaldı, əvəzində təşkilatçılar əlavə bir qızıl medal da hazırladılar. Çünki iki idmançı eyni nəticə ilə fəxri kürsünün ən yüksək pilləsində yer aldılar.

Əlbəttə, Oyunlardan əvvəl də qeyd etdiyimiz kimi, Soçi idman növlərinin sıralarının genişlənməsi ilə yadda qalacaq. Lakin ən böyük yenilik iştirakçıların sayınının birdən-birə 6 ölkə artmasıdır. Yeni qış olimpiya ölkələri sırasında Dominiklər, Malta, Paragvay, Timor-Leste, Toqo, Tonqa və Zimbabve də yer aldılar. Hələ onu qeyd edək ki, Puerto Riko, CAR və Əlcəzair də yarışlarda iştirak etmək hüququ qazanmış idmançılarını yarışa yollamadılar. 4 il əvvəllə müqayisədə Kolumbiya, Efiopiya, Qana, Şimali Koreya və Seneqal da Soçiyə idmançı göndərmədilər.

Beləliklə, Soçi bağlanış mərasimindən sonra estafeti Koreyanın Pyonqçanq şəhərinə verəcək.

Q G B Cəm

1. Rusiya 13 11 9 33
2. Norveç 11 5 10 26
3. Kanada 10 10 5 25
4. ABŞ 9 7 12 28
5. Niderland 8 7 9 24
6. Almaniya 8 6 5 19
7. İsveçrə 6 3 2 11
8. Belarus 5 0 1 6
9. Avstriya 4 8 5 17
10. Fransa 4 4 7 15
11. Polşa 4 1 1 6
12. Çin 3 4 2 9
13. Koreya Resp. 3 3 2 8
14. İsveç 2 7 6 15
15. Çex Resp. 2 4 2 8
16. Sloveniya 2 2 4 8
17. Yaponiya 1 4 3 8
18. Finlandiya 1 3 1 5
19. B.Britaniya 1 1 2 4
20. Ukrayna 1 0 1 2
21. Slovakiya 1 0 0 1
22. İtaliya 0 2 6 8
23. Latviya 0 2 2 4
24. Avstraliya 0 2 1 3
25. Xorvatiya 0 1 0 1
26. Qazaxıstan 0 0 1 1

Xəbər 2591 dəfə oxundu.