Bokonyano və Salukvadze "İnter"in tarixinə düşdü
Topaz Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Neftçi” - “İnter” matçı "bankirlər" üçün bir sıra statistik göstəricilərlə yadda qalıblar.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata, görüşdə fərqlənmiş Yohan Bokonyano və Laşa Salukvadze Azərbaycan çempionatında “İnter” üçün qol vurmuş sayca 81-ci və 82-ci futbolçular oldular.

Əgər təcrübəli L.Salukvadze yerli birincilikdə fərqlənə bilmiş 9-cu gürcüstanlı futbolçu olubsa, Y.Bokonyano ölkə çempionatında “İnter” üçün qol vurmuş ilk fransız futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 20 qol olan Baçana Sxadadze “İnter”in ən yaxşı bombardiridir.

Qeyd edək ki, klubun tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Tonqodan, Konqodan, Xorvatiyadan və Kosta-Rikadan olan futbolçular da fərqlənmişdilər.

Xəbər 1224 dəfə oxundu.