"Real"ın futbolçusu Premyer Liqa yolunda
"Real" (Madrid) klubunun müdafiəçisi Fabio Koentraoya İngiltərə Premyer Liqasından təklif gəlib.

İngiltərənin "Tottenhem" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

"Real"ın əsas heyətindən kənarda qalan Koentraonun da bu təklifi müsbət qarşıladığı bildirilir. Tərəflər razılığa gələcəkləri təqdirdə 25 yaşlı futbolçu yeni mövsümdən "Tottenhem"in şərəfini qoruyacaq.

Qeyd edək ki, Koentrao 2011-ci ildən "Real"ın şərəfini qoruyur.

Xəbər 1274 dəfə oxundu.