Hacıyeva 14 finala vəsiqə qazandı

Niderlandın Rotterdam şəhərində qadın boksçular arasında Avropa çempionatı davam edir. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayzinət Hacıyeva 2-ci döyüşünü də qələbə ilə başa vurub.
idman.com. az saytı xəbər verir ki, millimizin üzvü sloveniyalı Adreja Besteri 21:10 məğlub edərək, 14 finala vəsiqə qazanıb. Onun qitə çempionatındakı növbəti rəqibi dünya və Avropa çempionu, ötən il dünyanın ən yaxşı boksçusu seçilmiş irlandiyalı Keti Teylor olacaq.
Mütəxəssislər, Teyloru 60 kq çəki dərəcəsinin əsas favoriti sayırlar. Leyla Cavadova (75 kq) isə artıq Avropa çempionatı ilə vidalaşıb. Gənc boksçumuz təcrübəli isveçli Anna Laurellə döyüşdən məğlub ayrılıb. Avropa çempionatının final döyüşləri oktyabrın 22-də keçiriləcək.

Xəbər 1197 dəfə oxundu.