Millimiz İsveçrə klubuna qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İsveçrənin "Grasshopper" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.

İsveçrə təmsilçisinin qapısına qolları Enes Keskin, Qara Qarayev və Səid İbadov vurub.

Xəbər 851 dəfə oxundu.