Buffon: "Bavariya" Çempionlar Liqasının favoritidir"
"Yuventus" klubunun qapıçısı Canluici Buffon bu mövsüm Çempionlar Liqasında favorit gördüyü komandanın adını açıqlayıb.

"Sky Sport İtalia"ya danışan Buffon "Bavariya"nın bu mövsüm ÇL-i qazanacağına inandığını bildirib:

"Bavariya" bu mövsüm Çempionlar Liqasının əsas favoritidir. Qvardiola öz işi ilə sübut etdi ki, o yüksək nəticələr qazana bilər. Əlbəttə, heç kəs "Bavariya"nın əminliklə ÇL-i qazana biləcəyini deyə bilməz. Çünki bu turnirdə kifayət qədər güclü komandalar var. Bununla belə, Münhen təmsilçisinin bu mövsüm çempion olmaq şansları yüksəkdir".

Xəbər 888 dəfə oxundu.