Dünya kuboku İtaliyada
Bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının kuboku İtaliyada nümayiş olunub.

89 ölkəyə aparılacaq kubokun qarşılanma mərasimində Romanın bələdiyyə başçısı Marino, DÇ-1982-ni qazanan İtaliya millisinin oyunçusu Antonio Kabrini və 2006-da çempion olan Zambrotta ilə Qattuzo da iştirak edib.

Qeyd edək ki, İtaliyadan sonra Xorvatiyada nümayiş olunacaq kubok 25-27 fevralda Türkiyəyə gətiriləcək.

Əlavə edək ki, ağırlığı 4.9 kq olan kubok qızıl və malaxitdən hazırlanıb

Xəbər 764 dəfə oxundu.