"Qəbələ"də yeni rekordçu
AZAL- “Qəbələ” matçında (1:2) "qırmızı-qaralar"ın ilk qoluna imza atan Daniel Subotiç klub tarixində yeni rekord müəyyənləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serb hücumçu mövsümdə 10-cu qolunu vurmaqla Premyer Liqada “Qəbələ”nin bir çempionatda ən çox fərqlənən futbolçusu olub.

Bunadək rekord 9 qola bərabər idi. 2010/11 mövsümündə Deon Barton, növbəti çempionatda isə Yannik Kamanan və Dodo yarışı 9 qolla tamamlamışdı. Bu 3 futbolçunun rekordunu ötən tur təkrarlayan Daniel artıq mütləq rekordçu adına yiyələndi. O, hazırda 10 qolla çempionatın bombardirlər siyahısına da başçılıq edir.

Xəbər 863 dəfə oxundu.