"Qalatasaray"ın məşqində qalmaqal
"Beşiktaş"la oyunun hazırlıqlarını davam etdirən "Qalatasaray"ın son məşqində qalmaqal baş verib.

Mətbuat üçün açıq məşqdə "Cim-Bom"dan Gökhan Zanla Felipe Melo arasında mübahisə yaşanıb. Daha sonra bir-birlərinə əl-qol hərəkətləri edən futbolçular arasındakı davanın qarşını komanda yoldaşları və məşqçi heyəti alıb.

Qeyd edək ki, mübahisə zamanı G.Zan Meloya "biz sizə hörmət etdiyimiz kimi, siz də bizə hörmət etməlisiniz" deyib.

Xəbər 846 dəfə oxundu.