Moldova - Azərbaycan matçının başlama saatı açıqlandı
Martın 5-də, Tiraspol şəhərində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandalarının yoldaşlıq oyununda qarşılaşacağı haqda məlumat vermişdik.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq oyunun başlanma vaxtı və keçiriləcəyi stadion müəyyənləşib.

Moldova - Azərbaycan yoldaşlıq görüşü ”Sheriff Indoor Sports Hall” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər 852 dəfə oxundu.