"Atletiko" və "Bavariya" səfərdə qalib gəldi
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Bu gün daha iki qarşılaşma baş tutub.

İngiltərənin "Arsenal" klubu öz meydanında Almaniya çempionu "Bavariya"nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 8-ci dəqiqəsində "Arsenal"dan Məsut Özil, 40-cı dəqiqədə isə "Bavariya"dan David Alaba penalti zərbəsindən yararlana bilməyib.

Digər qarşılaşma İtaliyada baş tutub. Burada yerli "Milan" Madridin "Atletiko" klubu ilə üz-üzə gəlib. Bu oyunda da qonaqlar qələbəni bayram edib. "Ateletiko" rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.

19 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)- 0:2
Qollar: Kroos, 54 (0:1), Müller, 88 (0:2)
Qırmızı vərəqə: Şesni, 37 ("Arsenal")

23:45. "Milan" (İtaliya) - "Altetiko" (Madrid, İspaniya) - 0:1
Qol: Kosta, 83 (0:1)

25 fevral

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)


26 fevral

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)



18 fevral

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2
Qollar: Messi, 54-pen. (0:1), Alveş, 89 (0:2)
Qırmızı vərəqə: Demişelis, 53 ("Mançester Siti")

"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) - 0:4
Qollar: Matudi, 3 (0:1), İbrahimoviç, 39-pen. (0:2), 42 (0:3), Kabaye, 88 (0:4)
Qırmızı vərəqə: Spahiç, 59 ("Bayer" (Leverkuzen) )

Xəbər 888 dəfə oxundu.