Tevez Argentina millisinə çağırılmadı
Martın 5-də Rumıniya ilə yoxlama oyunu keçirəcək Argentina millisinin heyəti açıqlanıb.

Baş məşqçi Alexandro Sabelya bu dəfə "Yuventus"un hücumçusu Karlos Tevezə dəvət göndərməyib.

Azarkeşlər təcrübəli futbolçunun DÇ-2014-ün final mərhələsində də milliyə çağırılmayacağından ehtiyat edirlər.

Qeyd edək ki, Argentna milli komandasının hücum xətti bu futbolçulara tapşırılıb: Lionel Messi (“Barselona”), Qonzalo İquain (“Napoli”), Esekuel Lavezzi (PSJ), Rodriqo Palasio (“İnter”) və Serxio Aquero (“Mançester Siti”).

Xəbər 845 dəfə oxundu.