Almaniya millisi birinci pillədəki mövqeyini davam etdirir
Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir.

88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 8 qızıl, 3 gümüş və 4 bürünc medal vardır.

Norveç yığması 18 medalla (7-4-7) ikinci, Niderland millisi isə 20 medalla (6-6-8) üçüncü pillədə qərarlaşmışlar.
XXII Qış Olimpiya Oyunlarında artıq 26 ölkədən idmançılar medal qazanmışlar.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaqdır.

Xəbər 1281 dəfə oxundu.